Qısa məzmun
Ə/h 900 AZN. Şirin MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Hüquq sahəsində ali təhsil olmalıdır.
İş barədə məlumat:
- Şirkətin bütün hüquqi məsələlərinə baxılması, rəy verilməsi
- Müqavilələrin tərtibi, hüquqi rəy verilməsi
- İstehsalat fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər hüquqi məsələlərin həlli
- Digər şöbələrə hüquqi məsləhətlərin verilməsi
- Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək
- Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi
- Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək
- Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq
- İş saatı: 08:00-17:00, iş günləri I-V günlər, istirahət günləri şənbə-bazar günləri
Namizədə tələblər:
- Hüquq sahəsində ali təhsil
- Rus və ingilis dili bilənlərə üstünlük veriləcək
- Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı
- Ən azı 3-5 il bu sahədə təcrübəsi olmalıdır