Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda  Kiçik hüquqşünas tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu hüquqi sənədləşmə işlərini həyata keçirməsində köməklik göstərməkdir.

Vəzifə öhdəlikləri:

  • Alqı-satqı, xidmət və diqər müqavilələrinin hazırlanmasında köməklik göstərir və bütün müqavilələri arxivləşdirir.
  • Şikayətlərin hüquqi həlli və cavablandırılmasında iştirak edir.
  • Xarici vətəndaşlara iş və müvəqqəti yaşayış icazələrinin alınmasında sənədlərin hazırlanmasını təmin edir.
  • İcra sənədlərin qəbulu və icraatını təşkil edir.
  • Daşınan və daşınmaz əmlakın sığortalanmasını təmin edir.
  • Hüquqi sənədlərin tərtibatında iştirak edir və ilkin versiyaları hazırlayır.

Təhsil:

  • Hüquq üzrə bakalavr dərəcəsi

Təcrübə:

  • Hüquqi sənədlərlə 1 il iş təcrübəsi

Professional biliklər:

  • Azərbaycan Respublikasının Qanunvericiliyi
  • MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar: 

  • Danışıqların aparılması
  • Ünsiyyət bacarıqları
  • Detallara diqqət
  • Nəticə yönümlülük
  • Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik hüquqşünas” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Beynəlxalq münasibətlər üzrə mütəxəssis

CRESCENT Araşdırmalar Mərkəzi Beynəlxalq münasibətlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

CRESCENT Araşdırmalar Mərkəzi

16.10.2024 - Bakı

Hüquqşünas

Saloğlu Fərdi Firması Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. ...

Saloğlu Fərdi Firması

24.09.2024 - Qazax