Qısa məzmun
Saloğlu Fərdi Firması Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali hüquq təhsilli;
- Korporativ hüquq sahəsi üzrə minimum 3 (üç) il iş təcrübəsinə malik olmaq;
- Mülki, Vergi, Gömrük, İnzibati xətalar Məcəllələrini, Əmək, qanunvericiliyi barədə biliklərə malik olmaq;
- Peşəkar ünsiyyət psixologiyasını bilmək;
- Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
- Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
- Azərbaycan, rus və ingilis dillərini əla, səviyyədə bilmək.
Bacarıqlar:
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- İşgüzar və hüquqi yazışma bacarığı;
- İşin planlaşdırılması bacarığı;
- Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
- Yaradıcı və təşəbbüskar olmaq;
- MS Office proqramlarında sərbəst işləyə bilmək.
Vəzifə öhdəlikləri:
- Alqı-satqı, podrat, xidmət, satınalma və digər növ əqdlərin layihələrini hazırlamaq, Müəssisənin adından bağlanılan müqavilələrin və onunla əlaqədar sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, müqavilənin icrasına (müddətlərə ,qüvvədə olma və s.) nəzarəti həyata keçirmək;
- Dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə, o cümlədən hüquqi məslələrə dair vətəndaşlar və Müəssisənin əməkdaşları tərəfindən ünvanlanan müraciətlərə (ərizə, sorğu və şikayətlərə) aidiyyəti üzrə baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması üçün məktub layihələrinin hazırlanması prosesində iştirak etmək;
- Zərurət olduqda müəssisəni dövlət idarəetmə, notariat, mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
- Müəssisənin fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Şöbə rəhbərinin tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanmasını təmin etmək;
- Müəssisədaxili normativ sənədlərin, o cümlədən Müəssisə üçün zəruri olan normativ hüquqi aktların layihələrinin hazırlanması işində iştirak etmək;
- Müəssisənin struktur bölmələrinə hüquqi dəstəyin göstərilməsini təmin etmək;
- Müəssisə rəhbərinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək