Qısa məzmun
Ə/h razılaşma yolu ilə. A+Co MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi olmalıdır.
Ümumi tələblər:
- Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
- Hüquq sahəsində ali təhsil;
- Yaş həddi: 27-45 yaş arası;
- MS Office (MS Excel, MS Word) proqramlarında işləmə bacarığı;
- Yüksək səviyyədə rus dili biliyi, upper-intermediate səviyyədə ingilis dili
Vəzifəyə dair tələblər:
- Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
- Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
- Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlamaq;
- Müqavilələrin tərtib edilməsi, təhlili, müqavilə üzrə risklərin qiymətləndirilməsi, müqavilə danışıqlarında iştirak etmək;
- İcraatında olan işlərlə bağlı aidiyyəti dövlət, bələdiyyə və məhkəmə orqanlarına müraciətlərin hazırlanması, həmin orqanlara təqdim etmək məqsədi ilə zəruri sənədlərin toplanması və Şirkətin həmin orqanlarda təmsil etmək;
- Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönətmək və məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarları icra etmək;
- Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur.