Qısa məzmun
Yelo Bank Mikro Hüquq departamenti, Kiçik hüquqşünas/ Hüquqşünas/ Aparıcı hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Bankın fəaliyyəti ilə əlaqədar olaraq öhdəlik, təminat, təsərrüfat və s. müqavilələrin layihələrinin hazırlanması və hüquqi rəylərin verilməsi
- Təqdim edilmiş müqavilə layihələrinin hüquqi ekspertizası
- Üçüncü şəxslərdən daxil olmuş müraciətlərə baxılması və onların cavablandırılması prosesinə hüquqi dəstəyin verilməsi
- Bankın filial, şöbə, nümayəndəliyinin yaradılması və ya ləğv edilməsi də daxil olmaqla struktur dəyişikliyi prosesinə hüquqi dəstəyin verilməsi
- Bankdaxili tənzimləyici sənədlərin layihələrinin hüquqi ekspertizası və qanunvericiliyə uyğunlaşdırılması
- Bankda əmək qanunvericiliyinin tətbiqi prosesinə hüquqi dəstəyin verilməsi
- Hüquq departamentinə daxil olmuş sorğuların cavablandırılması
- Bankın əcnəbi işçilərinə iş icazələrinin əldə edilməsi və qeydiyyat sənədi almaq, habelə müvafiq işçilərin ailə üzvləri üçün yaşayış icazəsinin əldə edilməsi prosesinə hüquqi dəstəyin verilməsi
- Bankın fəaliyyətinə təsir edən qanunvericilikdə baş vermiş dəyişikliklərlə bağlı hüquqi rəylərin hazırlanması
- Bankın əqli mülkiyyət hüquqlarının qeydiyyat alınması, müdafiəsi üçün zəruri hərəkətlərin edilməsi, bu sahədə struktur bölmələrin fəaliyyətini əlaqələndirmək
Tələblər
- Ali hüquq təhsili
- Müraciət edilən vakansiyadan asılı olaraq minimum 1 il iş təcrübəsi (maliyyə bazarları subyektlərində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir)
- Vəzifə öhdəlikləri üzrə zəruri hüquqi biliklər
- Kompüterdə işləmək bacarığı
- Azərbaycan dilini mükəmməl səviyyə bilmək (ingilis və ya rus dilini bilənlərə üstünlük veriləcəkdir)