Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Standard Insurance Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında və məhkəmədə müdafiə etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin etmək;
- Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək.
Namizəddən tələblər:
- Ali hüquqi təhsil;
- Sığorta sahəsində hüquqşunas vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan, rus, ingilis dillərini bilmək;
- MS Office proqramların bilmək;
- Komandada işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Stressə davamlılıq;
İş qrafiki həftənin 5 günü saat 09:00-18:00
Vakansiyada qeyd oluna meyarlara uyğun olan namizədlər CV hr@standardinsurance.az elektron ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.