Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Qazax Sement Zavodu MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərini bilməlidir.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
- MS Office proqramlarını bilməli;
- Xarici dil: Rus və İngilis dillərini bilməli;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı, təşkilatçılıq qabilyyətinə malik olmalı.
Əsas vəzifə öhdəlikləri:
- Məhkəmələrdə, icra və probasiya şöbələrində, o cümlədən digər dövlət orqanlarında və üçüncü şəxslər qarşısında Cəmiyyətin təmsil olunması və onun hüquq və mənafelərinin müdafiə edilməsi;
- Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyətə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə aktları üzrə şikayətlərin hazırlanması;
- İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunun və saxlanmasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, Cəmiyyətin kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə Cəmiyyətin hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
- Cəmiyyətin daxili normativ sənədlərinin (əmr, əsasnamə, protokol və s.) layihələrinin hazırlanması, Cəmiyyətin digər struktur bölmələrinə normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Əsas təminatlar:
- Nahar ilə təmin olunur,
- Aylıq mobil rabitə limiti ilə təmin olunur,
E – mail : Hamza.Xocayev@qsz.az . Mövzu hissəsində ” Hüquqşünas ” qeyd olunması zəruridir.