Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ADY Ekspress Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Ofis proqramlarında sərbəst işləmək bacarığı olmalıdır.
Location: Baku, Xətai Biznes Mərkəzi
Vəzifə öhdəlikləri:
- Müqavilələrin, korporativ aktların (etibarnamə, rəy, əmrlərin və s.) hazırlanmasında iştirak etmək;
- Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılmasında yardımçı olmaq;
- Dövlət, qeyri-dövlət orqanlarında, məhkəmələrdə şirkəti təmsil etmək;
- Qüvvədə olan qanunvericilik bazası haqqında və onun şirkətdə tətbiqi ilə bağlı müvafiq məlumatların təqdim edilməsi;
- Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının aparılmasını həyata keçirtmək və hüquqi riskləri araşdırmaq.
Namizədə tələblər:
- Ali hüquqi təhsil;
- Azərbaycan və rus dillərində mükəmməl, ingilis dilində yaxşı danışıq və yazı bacarığı olan;
- Azərbaycan Respublikasının normativ hüquqi aktları haqqında məlumatlı olmaq, AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi hüququnun əsaslarını bilməsi arzuolunandır;
- Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;
- Korporativ hüquq sahəsində ən azı 2 il iş təcrübəsinin olması arzuolunandır;
- Detallara fikir vermək və məsuliyyətli olmaq;
- Ofis proqramlarında sərbəst işləmək bacarığı olan.
Xahiş olunur CV-lərinizi 15 Sentyabr 2020-ci il tarixinədək e-poçtun “subject” hissəsində “Aparıcı hüquqşünas” qeyd etməklə hr@adyexpress.az adresinə göndərəsiniz.
Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.