Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AVT Logistics Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin olunacaqdır.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
Təhsil: Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üzrə ali təhsil və xarici universitetin diplomu olanlara üstünlük veriləcək)
İşin təsviri:
Şirkətin strukturlarına hüquqi dəstəyin verilməsi və daxili və xarici sənədləşmələrin hüquqi baxımdan qanunvericiliyə uyğunlaşdırılması fəaliyyətlərini icra edir.
Vəzifə öhdəlikləri:
- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi;
- Müqavilə idarəetmə prosesinin daimi olaraq təkmilləşdirilməsi və şirkət daxilində müqavilə sifarişçilərinin sifarişlərinin yerinə yetirilməsi keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi, maarifləndirmə işinin aparılması;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Struktur bölmələrin təşkil etdiyi müqavilə rəsmiləşdirilmə işinin mahiyyətinə aid zəruri görüş və danışıqlarda iştirak edilməsi;
- Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq təkliflərin vrilməsi;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
- Azərbaycan, rus və ingilis dillərində yazılı və türk dilində şifahi ünsiyyət bacarığı;
- Microsoft Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: Eli.Qurbanzade@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Hüquqşünas” yazmaqla müraciət edilir.