Qısa məzmun
Ə/h 600-1000 AZN. KDY Logistics Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Rus dili mütləq səlis şəkildə olmalıdır.
İş barədə məlumat:
- İş grafiki: 09.00-dan 18.00-dək
- Nahar: 13.00-dan 14.00-dək
- Şənbə – Bazar – qeyri iş günləri
- Daxili korporativ aktların, əmr, təlimat, protokolların qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
- Müqavilələrin hazırlanması, şirkətin tərəfdaşları tərəfindən daxil olan müqavilələrin yoxlanılması
- Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi
- Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi
- Şirkətin işçiləri ilə birlikdə hüquq mühafizə, nəzarət, tənzimləmə orqanlarına, habelə qarşı tərəflərə ünvanlanan sənədlərin hazırlanması
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması, dövlət organlarının bütün sorğularında iştiraki
- Məhkəmədə və digər dövlət orqanlarında şirkətin hüquqi nümayəndəsi kimi təmsilçilik
- İddia və iddia işlərinin aparılması
- Şirkətin fəaliyyətinə aid sənəd dövriyyəsinin qurulması və nəzarəti
- Şirkətə gələn hər hansı bir dövlət / hüquq-mühafizə orqanı işçisinin ofisinin giriş qapısında görüşmək və onunla ilk söhbət
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s
- Şirkətin fəaliyyəti ilə əlaqəli hüquqi məsələlərdə ofis işçilərinə məsləhət vermək
Namizədə tələblər:
- Yalnız xanım namizədlər müraciət etsin
- Rus və ya ingilis dillərini yüksək səviyyədə bilməli
- Ali təhsilli
- Ofis Proqramlarını bilməli
- Müdiriyyətin verdiyi tapşırıqları vaxtında həll etmək
- Kollektivlə işləmə bacarığı
- Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək
- İş rejiminə ciddi yanaşma, səliqəli xarici görünüş, nəzakətli danışıq, işinə qarşı məsuliyyətli olmalı
Tələblərə uyğun namizədlər yalnız Şəkilli CV-lərini info@kdycompany.com elektron poçt ünvanına göndərməkləri xahiş olunur.