Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AVT Logistics Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin olunacaqdır.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
Təhsil: Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üzrə ali təhsil və xarici universitetin diplomu olanlara üstünlük veriləcək)

İşin təsviri:

Şirkətin strukturlarına hüquqi dəstəyin verilməsi və daxili və xarici sənədləşmələrin hüquqi baxımdan qanunvericiliyə uyğunlaşdırılması fəaliyyətlərini icra edir.

Vəzifə öhdəlikləri:

  • Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi;
  • Müqavilə idarəetmə prosesinin daimi olaraq təkmilləşdirilməsi və şirkət daxilində müqavilə sifarişçilərinin sifarişlərinin yerinə yetirilməsi keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi, maarifləndirmə işinin aparılması;
  • İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
  • Struktur bölmələrin təşkil etdiyi müqavilə rəsmiləşdirilmə işinin mahiyyətinə aid zəruri görüş və danışıqlarda iştirak edilməsi;
  • Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq təkliflərin vrilməsi;
  • Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.

Tələblər:

  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
  • Azərbaycan, rus və ingilis dillərində yazılı və türk dilində şifahi ünsiyyət bacarığı;
  • Microsoft Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hüquqşünas” yazaraq CV göndərməklə müraciət edilir.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...