Qısa məzmun
Ə/h 600 AZN. Grand Motors Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Hüquqi aktlar üzrə biliyə və təcrübəyə malik olmalıdır.
İşin təsviri:
- Şirkət fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
- Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılması
- Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
- Hüquqi şəxslərin, filialların qeydiyyat işlərinin, müvafiq dəyişikliklərin aparılması və qeydiyyata alınması
- Veksellərin, səhmlərin qeydiyyatı və bununla bağlı digər işlərin aparılması
- Offshore və FZE şirkətlərin qeydiyyatı və lisenziyaların alınması
- Rəhbərliyin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi
Tələblər:
- Ali hüquqi təhsil
- Cinsiyyət: kişi
- Korporativ hüquq və məhkəmə qərarlarının icrası sahəsində ən azı 1 il təcrübə
- Konstitusiya, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr üzrə biliklər
- Şirkətlər nizamnaməsi, inzibati xətalar məcəlləsi, cinayət məcəlləsi üzrə
- Əmək qanunvericiliyi və normativ – hüquqi aktlar üzrə biliyə və təcrübəyə malik olmaq
- Dil bilikləri: Azərbaycan dili(əla), İngilis dili(əla), Rus dili (arzuolunandır)
İş qrafiki:
- Ünvan: Yasamal r-nu, Mətbuat pr. 28/30
- Bazar ertəsi – Cümə: 8:30 – 17:30, Şənbə : 10.00 – 16.00
- Əmək haqqı: 600 azn net
QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquqşünas” qeydi edərək hr-cv@grandmotors.az elektron ünvanına göndərməyinizi xahiş edirik.