Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dili bilikləri tələb olunur.

Bizim üçün ən ideal namizəd :

  • Ali hüquq təhsili
  • Məhkəmə sahəsində ən azı 2 illik iş təcrübəsi olan
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli

O cümlədən :

  • Rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
  • İşgüzar və məsuliyyətli olmalı
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.

Hansı işləri görəcəksiniz :

  • Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi
  • İcraatda olan debitor borclar, məhkəmə işləri ilə bağlı hesabatlıq sisteminin təşkil edilməsi
  • Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş işlərin uçotunun aparılması, qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması
  • Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borclular və ya kollektorlar ilə müvafiq danışıqların aparılması
  • Debitor borclar, icraatda olan məhkəmə və icra işləri ilə əlaqədar hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi
  • Məhkəmə mübahisələrinin həlli məqsədilə bütün zəruri tədbirlərin görülməsi
  • Departament rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz:

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı
  • Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəy
  • Davamlı karyera imkanı
  • Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı

Əlavə məlumatlar :

  • Əmək haqqı razılaşma əsasında
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...