Qısa məzmun
Aktif Elektrik Hüquqşünas vəzifəsi üzrə vakanisya elan edir. Rus dillərini mükəmməl səviyyədə bilməlidir.
İş barədə məlumat:
- Müqavilələrin hazırlanması
- Hüquqi sənədlərin tərtib edilməsi
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
- Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və şirkətin maraqlarına uyğunluğunun yoxlanması
- Alqı-satqı müqavilələrinin tərtibi zamanı hüquqi əsaslandırılmış rəy verilməsi
- Müqavilələrin sistemləşdirilməsi işinin təşkilində iştirak və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi
- Məhkəmə işlərinin aparılması
Ünvan: Nərimanov ray., Əhməd Rəcəbli 185
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Şənbə)
Namizədə tələblər:
- Hüquq üzrə ali təhsil
- AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər
- İş təcrübəsi: min. 3 il
- Yaş aralığı: 25-45 yaş
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Maraqlanan şəxslər cv-lərini hüquqşunas başlığı altında nigar.g@genselektrik.com elektron ünvanına göndərə bilər.