Qısa məzmun
Unibank Hüquqşünasi vəzifəsi üzrə vakansiya elan edir. Ofis proqramları ilə işləmək bacarığı olmalıdır.
Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Hüquq /Bank
Vəzifə : Korporativ hüquq və analitika şöbəsinin Hüquqşünas Eksperti
Müqavilə şərtləri: Daimi
Bank haqqında
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir.
- Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.
Başlıca öhdəliklər və məsuliyyətlər:
- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi;
- Müqavilə idarəetmə prosesinin daim təkmilləşdirilməsi;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Müqavilələrin hüquqi tərəfdən yoxlanması.
Namizədin Profili:
- Ali hüquqi təhsil;
- Müvafiq sahədə ən azı 3-5 il peşəkar təcrübə;
- Mülki, həmçinin bank qanunvericilyi sahəsində mükəmməl biliklərə sahib olmaq;
- Microsoft Office proqramlarından istifadə etmə bacarığı;
- Azərbaycan və İngilis dillərində səlis nitq və yazışma aparma qabiliyyəti, Rus dilini bilinlərə üstünlük veriləcəkdir;
- Professional etika və müsbət şəxsi keyfiyyətlər;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- Məsuliyyətlilik;
- Ünsiyyət qurmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən vakansiyanın adını (Hüquqşünas) mövzu hissəsində qeyd edərək CV-lərini cv@unibank.az electron ünvanına göndərmələri xaiş olunur.