Qısa məzmun
Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmalıdır.
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazrıda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Əsas vəzifə və öhdəliklər:
- Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi.
- Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak edir.
- Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
- Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəməyə təqdim etmək;
- Rəhbəri tərəfindən qoyulan Hüquq departamenin fəaliyyətinə aid edilmiş digər bütün tapşırıqları vaxtında icra etmək.
Tələblər:
- Hüquq/Beynəlxalq Hüquq üzrə ali təhsil;
- Azərbaycan dilində səlis, İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq;
- Microsoft Office proqramlarını yaxşı bilmək;
- Hüquq sahəsindəazı 2 il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
- Mülki, mülki-prosessual, ipoteka haqqında qanunvericiliyini mükkəməl bilmək;
- Regionlara səfər etmək imkanına malik olmaq;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 16 aprel 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Hüquqşünas qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.