Qısa məzmun
Avromak MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti olmalıdır.
İşçiyə qoyulan tələblər:
- Cinsi: Kişi
- Müvafiq sahədə ali təhsil (Hüquq);
- MS Office proqramlarını əla bilmək;
- Müvafiq sahədə iş təcrübəsi 3 ildən-5 ilədək.
- Dil bilikləri: ingilis və rus dillərini bilmək arzuolunandır;
- Yaş Həddi – 28-35
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Müəssisənin adından bağlanılan bütün əqdləri hüquqi ekspertizadan keçirmək və qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdləri (müqаvilələri) vizа ilə təsdiq etmək və yа onlara dair yаzılı rəy vеrmək, həmçinin qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin bağlanılmaması barədə rəhbərlik qarşısında məsələ qaldırmaq
- bunun səbəblərini аçıqlаyаn yаzılı rəy vеrmək;
- Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
- Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
- Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.
- Əmək qanunvericiliyi ilə bağlı müraciətlərə ilkin məsləhətlərin verilməsi;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.
İş şərtləri:
- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- Əmək haqqı-Razılaşma əsasında
- İcbari sığorta
- İş vaxtı: 9.00 – 17.00 (bazar ertəsi – şənbə)
- İstirahət günləri: bazar, bayram günləri
Maraqlananlar öz CV formalarını ir.manager@avromak.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, Hüquqşünas qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.