Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Lazımi hesabatları hazırlamalıdır.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Hüquqşünas tələb olunur.
Vəzifənin rolu:
- Hüquqşünasın şirkətdə rolu hüquq şöbəsinin işinin təşkili, qanunların tətbiqi ilə bağlı hüquqi məsləhətlərinin verilməsi və hüquqi məsələlərin həll edilməsini nəzərdə tutur.
Vəzifə öhdəlikləri:
- Müqavilə layihələrinə hüquqi rəy və təkliflər vermək, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparmaq
- Dövlət idarə və təşkilatlarında şirkəti təmsil etmək, şirkətin mənafeyinə aid qərarlarla bağlı məsələləri həll etmək
- Müxtəlif hüquqi məsələlər barədə araşdırmaların aparılması
- Məhkəmələrin və digər dövlət orqanlarının şirkətin mənafeyinə zidd olan qərarlarından şikayətlərin verilməsi
- Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxmaq, qanunvericilikdə müəyyən edilmiş müddətdə onları cavablandırmaq
- Fərqli sahələr üzrə müxtəlif növ müqavilələri (alqı-satqı, icarə, xidmət, podrat, təsis və s.) hazırlamaq
- Korporativ fəaliyyət ilə bağlı təlimat, qayda, iş prosedurlarını və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı hüquqi təkliflər hazırlamaq
Əsas tələblər:
- Təhsil:
- Hüquq üzrə ali təhsil
- Təcrübə:
- Hüquq sahəsində ən az 5 il təcrübə
- Professional Biliklər:
- Azərbaycan Respublikası qanunları, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, müxtəlif nazirlik və komitələrin əsasnamə və təlimatları barədə məlumatlı olmalı
- Müəssisə, idarə və təşkilatların hüquqi fəaliyyətinə aid olan metodiki, normativ və başqa rəhbər materialları bilməli
- Müqavilələrin tərtib olunması və bağlama qaydası haqqında biliklərə malik olmalı
- Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili yaxşı səviyyədə
- MS Office proqramlarını yaxşı bilmək
- Professional Bacarıq və Kompetensiyalar:
- İş bölgüsü
- Danışıqların aparılması
- Ünsiyyət bacarıqları
- Detallara diqqət
- Nəticə yönümlülük
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Hüquqşünas ” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.