Qısa məzmun
Royal Development MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahə üzrə təcrübə arzuolunandır.
Namizədə tələblər:
- Ali təhsil;
- Azərbaycan və ingilis dillərini bilməli;
- Müvafiq sahə üzrə təcrübə arzuolunandır;
- MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər zəruridir;
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməli;
- Kargüzarlıq işinin əsaslarını bilməli;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməli;
Vəzifə öhdəlikləri:
- Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
- Şirkətin bölmələrini hüquqi məsləhət və yardımla təmin etmək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlamaq;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirmək;
- Aidiyyəti məsələlərə dair rəyləri hazırlamaq;
- Protokolları hazırlamaq;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlamaq;
- Hüquq idarəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş qrafiki: 09:00 – 18:00 (5 günlük iş qrafiki)
Nahar şirkət tərəfindən verilir.
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 İyun, 2021-ci il tarixinədək hr@royaldevelopment.az elektron ünvanına, mövzu hissəsində “Hüquqşünas” qeyd edərək göndərə bilərlər.