Qısa məzmun
Azərbaycan Beynəlxalq Bankı Məhkəmə ilə iş və icra şöbəsinə Hüquqşünas vəzifəsi üzrə vakansiyası elan edir.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Şöbənin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair hüquqi araşdırma aparmaq və hüquqi rəylər hazırlamaq;
- Bank fəaliyyətinin inkişafı və səmərəli təşkili məqsədilə yaradılan yeni məhsulların (xidmətlərin) və layihələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Şöbənin fəaliyyəti, o cümlədən korporativ hüquqi məsələlər üzrə sənədlərin layihələrini hazırlamaq, bütün zəruri işləri görmək;
- Bankların fəaliyyəti ilə bağlı qanunvericilikdə olan yeniliklərin və dəyişikliklərin monitorinqini aparmaq;
- Öz fəaliyyəti ilə şöbənin işinin təkmilləşdirilməsinə dəstək göstərmək;
- Bankın fəaliyyətinə dair struktur bölmələrdən daxil olan, o cümlədən bank əməliyyatlarının həyata keçirilməsinə dair hüquqi araşdırma tələb edən sorğularla bağlı hüquqi rəylər vermək.
Bizim üçün uyğun namizəd:
- Hüquq/Beynəlxaq Hüquq üzrə ali təhsilli;
- Azərbaycan, Rus, İngilis dillərində danışıq və yazı bacarığı olan;
- Ofis proqramlarında sərbəst işləmək bacarığının olan;
- Bank, sığorta, investisiya sahələri üzrə iş təcrübəsi olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Hüquqi təhlil və korporativ işlər şöbəsi – Hüquqşünas” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əlavə məlumat üçün: www.ibar.az