Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Money4you.financial Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İş haqqında məlumat:
- Bütün korporativ hüquqi prosesləri aparmaq qabiliyyəti (Intellektual mülkiyyət, birləşmə və satınalmalar, əməliyyatlar, sazişlər, məhkəmə prosesləri, patentlər və s.)
- Leqal məsələlərdə şirkət siyasətini və hüquqi məsələlər üzrə mövqeyini inkişaf etdirmək
- Hüquqi risklərlə bağlı araşdırılmaların aparılması, onların qarşısı alınması və şirkətin bu tip risklərdən qorunması
- Şirkət idarəçilərinin bütün korporativ hüquqla əlaqəli məsələlərlə tanışlığına əmin olmaq
- Hesabatların və digər hüquqi sənədlərin tərtib edilməsi və nəzarətdə saxlanması
- Şirkəti məhkəmə icraatında təmsil etmək (məhkəmə işi, məhkəmə prosesi və s.)
- Bütün müqavilələrin hazırlanması və idarə edilməsi
- Əməliyyatlar haqqında danışıqlar aparmaq və şirkətin iclaslarında iştirak etmək
- Satıcılar və əməkdaşlar ilə yeni biznes tərəfdaşlıqlarının qiymətləndirilməsi
- Yeni məhsul və xidmətlərlə bağlı hüquqi məsələləri araşdırmaq
Tələb olunan bacarıqlar:
- Çin dili (Üst – Orta səviyyə (C1) ) və İngilis dili bilikləri (Ən azı B2 səviyyəsi)
- Hüquq və ya digər əlaqəli sahələrdə bakalavr yaxud magistr dərəcəsi
- Korporativ hüquq haqqında mükəmməl biliklər
- Leqal şirkət cəmiyyəti haqqında üstün bilikər
- Qiymətli kağızlar və fintech üzrə mükəmməl biliklər
- Komanda halında və ya individual işləmək istəyi
- Tolerantlıq və hörmət