Qısa məzmun
Remells Law Firm Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Remells Hüquq Şirkəti” məhdud məsuliyyətli cəmiyyəti hüquqşünas vakansiyası üzrə müraciətlərin qəbulunu elan edir.
Vəzifələr:
- müxtəlif hüquqi sənədlərin, o cümlədən müqavilələrin və hüquqi rəylərin tərtibi;
- müştərilərin müxtəlif dövlət orqanlarında təmsil edilməsi;
- sənədlərin tərcüməsi;
- hüquq sahəsində sair işlər.
Tələblər:
- Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq bacarığı;
- Hüquq sahəsində təhsil (ən azı bakalavr dərəcəsi);
- Mülki, əmək və vergi hüququ sahəsində biliklər;
- Işə məsuliyyətli, dürüst, dəqiq və peşəkar yanaşma;
- Detallara fikir vermək qabiliyyəti;
- Problemləri cəld, operativ həll etmək bacarığı;
- Microsoft Word proqramında işləmək bacarığı.
Rus dilində danışmaq və yazmaq qabiliyyəti üstünlük hesab olunur.
Maraqlanan namizədlər öz CV-lərini və müraciət məktublarını 23 iyul 2021-ci il tarixinədək sabit.abdullayev@remells.com ünvanına göndərə bilərlər. Müraciət məktubunda gözlənilən əmək haqqının məbləğinin qeyd olunması xahiş olunur.