Qısa məzmun
Evro İnşaat MMCHüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Məsuliyyətli və diqqətli olmalıdır.
İş barədə məlumat:
- Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy vermək, hüquqi sənədləri hazırlamaq
- Müqavilələr(daxili və xarici satınalma, logistika və s.) hazırlamaq
- Şirkəti dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək
- Şirkətin tərəf kimi iştirak etdiyi məhkəmələrdə nümayəndə kimi iştirak etmək, məhkəmə sənədlərini hazırlamaq
- Struktur bölmələrə hüquqi yardım göstərmək
- 6 günlük iş həftəsi servis xidməti
- Elanda qeyd edilən tələblərə uygun namizədlər mövzu hissəsində vakansiyanın adını “hüquqşünas” qeyd etməklə CV formalarını hr@evro-inshaat.com e-mail ünvanına göndərə bilərlər
Namizədə tələblər:
- Xanım namizədlər
- Hüquq sahəsi üzrə ali təhsil
- Azərbaycan Respublikasının qanunvericiliyini(mülki, mülki prosesual, inzibati və inzibati prosesual qanunvericiliyi,icra haqqında qanunu) və
beynəlxalq normativ sənədləri yüksək səviyyədə bilmək - Müvafiq sahədə 2-3 il iş təcrübəsi
- Azərbaycan dilində mükəmməl danışıq(rus, ingilis dili yaxşı səviyyədə)
- Ofise proqramlarını bilmək
- Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı
- Fikrin səlist şəkildə izah edilməsi bacarığı