Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SMTS MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Hüquşünas birbaşa Hüquq və Sənədlərə Nəzarət Departamentinin Menecerinə tabedir.
  • Departament menecerinin ümumi nəzarəti və rəhbərliyi altında, əməkdaşlar arasında aparılmış iş bölgüsünə müvafiq olaraq, hüquqi təminat, ekspertiza və təhlil işinin aparılması;
  • Müəssisə daxilində hazırlanan əmr, təlimat, prosedurlar, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirilməsi və zərurət olduqda rəhbərliyin tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etməsi;
  • Müəssisənin tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçiriməsi; Podrat, xidmət və satınalma əməliyyatlarını aparmaq üçün bağladığı müqavilələrin vahid idarəetmə mexanizmində iştirak etmək, sifarişin (təklifin) qəbul edilməsindən müqavilənin bağlanmasına qədər olan fəaliyyətdə iştirak etmək, müqavilələrin proqram təminatı və vahid qovluqlar sistemində dövriyyəsini təşkil etmək;
  • Müəssisənin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmini;
  • Müəssisənin iştirak etdiyi tenderlər üçün hüquqi nöqteyi nəzərdən tələb olunan sənədlərin hazırlanması, bank qarantiyalarının alınması, lisenziyaların alınması, icbari və könüllü sığortalanmanın təşkili, müəssisənin adından bütün növ məktubların hazırlanması, əmrlərin, etibarnamələrin, miqrasiya üçün tələb olunan sənədlərin hazırlanması, korporativ sənədləşmənin aparılması;
  • Müəssisənin struktur bölmələrinin əməkdaşları tərəfindən qanunvericilik və normativ tələbələrə uyğun işləməsinin təmin edilməsi məqsədilə daxili audit və yoxlamalar aparmaq və uyğunluğu qiymətləndirmək.
  • Müəssisənin fəaliyyətində tətbiq olunan qanunları və normativ sənədləri izləmək, hüquqi-normativ bazanın yenilənməsi.

Namizədə olan tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsil
  • Hüquqşünas olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 2 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir)
  • Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli – Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
  • Problem həll etmə, analitik düşünmə qabiliyyəti olmalı
  • İşgüzar ünsiyyət bacarığı
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, məsuliyyətli olmalı.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-45
  • Əmək haqqı 1000-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: həftədə 5 gün, 09:00-dan 18:00-dək (nahar fasiləsi 1 saat)
  • Nahar şirkət tərəfindən verilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...