Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

METAK Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 850-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

İş barədə məlumat:

  • Məhkəmə mübahisələrinin hüquqi baxımdan həlli üçün müvafiq tədbirlərin görülməsi (iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və s.);
  • Şirkəti müxtəlif qurumlarda və dövlət orqanlarında, o cümlədən məhkəmələrdə təmsil edilməsi;
  • Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
  • Mülki müqavilələrin və layihələrin hazırlanması;
  • Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notarial təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
  • Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
  • Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
  • Tam məxfiliyə riayət edilməsi.

Tələblər:

  • Ali hüquqi təhsil (kommersiya və ya yönümlü arzuolunandır);
  • İxtisas üzrə 3-5 il iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
  • Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
  • Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
  • Dürüst, stresədavamlı, məsuliyyətli.

Əlavə şərtlər:

  • Əmək haqqı danışıq əsasında müəyyən olunur;
  • 5 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən verilir;
  • Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
  • Korporativ nömrə və telefon.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/32 və ya hr@metak.az ünvanına CV göndərərək 06.10.2021– ci il tarixinə kimi müraciət edə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...