Qısa məzmun
Aztelekom MMC Hüquqşünas (Abşeron) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək
- Filialdaxili əmr, təlimat, qayda, tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək
- Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq
- Filialın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yarana biləcək hüquqi mübahisələrin tənzimlənməsi, mənafelərinin məhkəmələrdə və digər dövlət orqanlarında, eyni zamanda fiziki və hüquqi şəxslərə qarşı hüquqi müdafiəsini təmin etmək
- Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının etibarlı müdafiəsini təmin etmək
- Rabitə xətlərinin və avadanlıqlarının mühafizəsi qaydalarının pozulması hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək, cinayət xarakterli olduğu halda cinayət işlərinin başladılmasını və aparılan cinayət işlərinin təqib edilməsini təmin etmək, o cümlədən məhkəmələrdə şirkətin maraqları naminə iddialar qaldırmaq və onların şirkətin lehinə təmin edilməsi üçün vicdanlı və məsuliyyətlə çalışmaq
- Mütəmadi olaraq rabitə xətt qurğularının zədələnməsinə qarşı görülən hüquqi tədbirləri təhlil etmək, nəticəsi barədə rəhbərliyə məlumatlar hazırlamaq, vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görmək
- İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək
- İnzibati xəta üzrə və ya cinayət işləri üzrə icraatlar zamanı şirkəti təmsil etmək
- Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək
Tələblər
- Ali hüquq təhsili olmalı
- Hüquq sahəsi üzrə ən azı 1 il iş təcrübəsinə malik olmalı
- Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı
- Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı
- Müqavilələrlə iş təcrübəsi olmalı
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli
- Hüquqi nitq və yazışma qabiliyyəti olmalı
- Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli
- Yüksək ünsiyyət,komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı
- İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı