Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AtaSığorta ASC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Miicrosoft Windows, Microsoft Office (Excel, Word, Outlook)
İş barədə məlumat:
- Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək;
- Cəmiyyətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Şirkətin fəaliyyəti dövründə subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
- Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək;
- Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək;
- Şirkətlə tərəf-müqabilləri arasında bağlanacaq müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrinin hüquqi ekspertizasını həyata keçirmək.
- İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09:00-18:00;
Namizədə tələblər:
- Kompüter biliyi: Microsoft Windows, Microsoft Office (Excel, Word, Outlook) Səviyyə: Əla
- Məsuliyyətli və işində dəqiq;
- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
- İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.
- İş təcrübəsinin olması zəruri deyil.
Uyğun namizədlərdən CV-lərini office@atasigorta.az elektron ünvanına “mövzu” hissəsində – vakansiyanın adını qeyd edərək göndərmələrini xahiş edirik.