Korporativ tənzimlənmə üzrə hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Aztelekom Korporativ tənzimlənmə üzrə hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə və öhdəlikləri:

  • Cəmiyyət daxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatını həyata keçirmək, normativ sənəd bazasını hazırlamaq, zəruri dəyişiklikləri etmək;
  • Müqavilələrə hüquqi rəy vermək, müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlamaq;
  • Dövlət satınalmaları, əmək, mülki və digər qanunvericiliyin tələblərinə uyğun müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirmək;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Kvalifikasiya üzrə tələblər:

  • Ali hüquq təhsilli;
  • Korporativ hüquqşünas sahəsi üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq;
  • Mülki, Vergi, Gömrük Məcəllələri, Əmək qanunvericiliyi barədə biliklərə malik olmaq;
  • Peşəkar ünsiyyət psixologiyasını bilmək;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
  • Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
  • Azərbaycan və ingilis dillərini əla bilmək (rus dili arzuolunandır).

Bacarıqlar:

  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • İşgüzar və hüquqi yazışma bacarığı;
  • İşin Planlaşdırma bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
  • Yaradıcı və təşəbbüskar olmaq;
  • MS Office proqramlarını mükəmməl bilmək.

İş haqqında məlumat:

  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri: Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Korporativ tənzimləmə üzrə hüquqşünas” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...