Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Buta Construction Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. İşgüzar və məsuliyyətli olmalıdır.

Tələblər:

  • Ali hüquq təhsili olmalı;
  • Məhkəmələr və ya hüquq-mühafizə orqanları ilə iş sahəsi üzrə minimum 3 (üç) il iş təcrübəsinə malik olmalı;
  • Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
  • Şirkətin tərəf olduğu məhkəmələrdə nümayəndə qismində iştirak edilməsi, müvafiq sənədlərin (iddia ərizələri, etibarnamələr, vəsatətlər, etirazlar, yazılı izahatlar, apelyasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
  • Şirkətin tərəf olduğu məhkəmə proseslərinin qeydiyyatının aparılması və nəzarət edilməsi;
  • İcraatda olan debitor borclar, məhkəmə işləri ilə bağlı hesabatlıq sisteminin təşkil edilməsi;
  • Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş işlərin qeydiyyatının aparılması, qərarlarının icrasının təmin edilməsi üçün zəruri addımların atılması, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması;
  • Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borclular və ya kollektorlar ilə müvafiq danışıqların aparılması;
  • Şirkətin səlahiyyətli nümayəndəsi qismində hüquq-mühafizə orqanlarında, dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında şirkətin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
  • Debitor borclar, icraatda olan məhkəmə və icra işləri, hüquq-mühafizə orqanlarının sorğuları ilə əlaqədar hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
  • Şirkətin direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

CV üçün e-mail: hr@butaconstruction.az Hüquqşünas başlığı ilə göndərməniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...