Qısa məzmun
Aqrar İnnovasiya və Təchizat Şirkəti Hüquqşünas / Hüquqşünas köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil (Hüquq sahəsində)
- İxtisas üzrə minimum 2-3 il və daha çox iş təcrübəsi (Cinayət işləri sahəsində təcrübə üstünlükdür)
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı
- Komandada və sərbəst işləmək bacarığı
- Məsuliyyətli və işində dəqiq olmalı
Əmək funksiyaları:
- Məhkəmə prsoseslərində cəmiyyəti təmsil etmək;
- İddia ərizələrinin və digər hüquqi sənədlərin hazırlanması;
- Müqavilələrin hazırlanması, hüquqi ekspertizasının keçirilməsi;
- Məhkəmə qərarlarının icrasının təmin edilməsi;
- Rəhbərliyin verdiyi tapşırıqlara düzgün və vaxtında əməl etmək;
- Qanunvericiliyin tələblərinə əsasən şirkətin hüquqi işlərini aparmaq;
- Şirkətin maraqlarını məhkəmə,prokurorluq,hüquq mühafizə və digər orqanların qarşısında təmsil etmək;
- Şirkətin fəaliyyəti ilə bağlı hüquqi məsələlərə yazılı və şifahi münasibətlər bildirmək,məsləhət və tövsiyələr vermək,şirkətin işçilərinə cari qanunvericilik haqqında məsləhətlər vermək;
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtlı-vaxtında yerinə yetirilməsi;
Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini email adresinə mövzu hissəsində “Hüquqşünas / Hüquqşünas köməkçisi” qeyd etməklə göndərmələri tələb olunur.
Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
mənbə: jobsearch.az