Qısa məzmun
Ə/h razılaşma yolu ilə. METAK Hüquqşünas köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.
“METAK” şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının, Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.
Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!
Hüquqşünas köməkçisi
İşin təsviri:
- Məhkəmə mubahisələrinin hüquqi nöqtəyi nəzərindən həll edilməsi üçün tədbirlərin görülməsi (iddia ərizələrin, apellyasiya və kassasiya şikayətlərin hazırlanması və s.);
- Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
- Mülki müqavilələrin, layihələrinin hazırlanması;
- Müqavilələrin ekspertizasının aparılması;
- Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
- Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
- Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
- Tam məxfiliyə riayət edilməsi.
Namizədlərə tələblər:
- Ali hüquqi təhsil;
- İxtisas üzrə praktiki iş təcrübəsi;
- Azərbaycan və rus dillərini sərbəst bilmək;
- Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
- Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
- Komandada işləmə bacarığı;
- Dürüst, stessədavamlı.
Əlavə şərtlər:
- Ə/haqqı: danışıq əsasında;
- İş vaxtı: 5 gün, 09:00-18:00;
- Nahar şirkət tərəfindən verilir;
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=106 və ya hr@metak.az ünvanına CV göndərərək, 21.11.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.