Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MZ Law Firm LLC Hüquqşünas köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Hüquq üzrə diplom tələb olunur.
Əsas Öhdəliklər
- Potensial və hazırkı müştərilərlə görüşlər təyin edir və görüşlər keçirir;
- Potensial müştərilərin axtarılması üçün araşdırmalar aparır və onların axtarışını həyata keçirir;
- Müxtəlif prezentasiyalar hazırlayır;
- Sosial şəbəkələrdə və təşkilatlarda şirkətin reklamını həyata keçirir;
- Müştərilərin və sənədlərin qeydiyyatı aparır;
- Tərcümələr edir və sənədləri notariusda təsdiq edir;
- Ofisin inzibati işlərini həyata keçirir;
- Müqavilələrin və digər sənədlərin layihələrini qanunvericiliyə uyğun olaraq hazırlayır;
- Müştəriləri dövlət orqanlarında və digər təşkilatlarda təmsil edir və hüquqlarını qorunmasını təmin edir;
- Müştərilər üçün müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətlər hazırlayır və onlara təqdim edir.
Bu iş üzrə tələb edilən Praktiki bacarıqlar/Biliklər və Təcrübə
- Hüquq üzrə diplom;
- Müqavilə layihələrin hazırlanmasında təcrübə (üstünlük verilir);
- Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – əla olmalıdır;
- Kompyuter bilikləri: Microsoft Office (Excel, Power Point).
Universiteti yeni birimiş kadrlara üstünlük verilir. İlkin olaraq maaş bacarıqlardan asılı olaraq 300-500 manat arasıdır, gələcəkdə artırılma şərti ilə.
CV-lərinizi bu ünvana yollaya bilərsiniz: info@bakumz-lawfirm.com