Qısa məzmun
Ə/h razılaşma yolu ilə. YapiKredi Bank Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Banklar haqqında qanunvericilik aktları bilikləri
Tələblər:
- Ali hüquqi təhsil;
- İxtisası (məhkəmə, icra, hərrac işləri) üzrə ən azı 3 il iş təcrübəsi;
- Bank təcrübəsinin (Bankın məhkəmə, icra, hərrac kimi işləri üzrə ən azı 3 il iş təcrübəsinin) olması mütləqdir;
- Banklar haqqında qanunvericilik aktları bilikləri ;
- Mülki, əmək, inzibati qanunvericiliyini və mülkiinzibatikommersiya prosesləri bilməli;
- Daima hüquq və qanunvericiliklə bağlı yenilikləri öyrənərək işinə müvafiq şəkildə tətbiq etməsi ;
- Mükəmməl azərbaycan dili biliyinin olması. İngilis dili bilənlərə üstünlük verilir.
Əsas iş funksiyaları:
- Məhkəmə, icra, hərrac və s. işlərində Bankı təmsil edərək iştirak edir.
- Hüquqi xarakter daşıyan sənədlərin tərtib olunmasında iştirak edir;
- Problemli kreditlərin qaytarılması üçün zəruri tədbirlər görür;
- Qüvvədə olan normativ-hüquqi aktların sistemləşdirilmiş uçotu və saxlanılması üzrə iş aparır, onların qüvvədən düşməsi və dəyişikliklərin edilməsi barədə qeydlər aparır;
- Müqavilələrin hazırlanmasında yaxud bağlanması təklif olunan müqavilələrə dair hüquqi rəy verir.
- İş funksiyalarından irəli gələrək digər müvafiq işləri həyata keçirir.
CV-lərinizi hr@yapikredi.com.az ünvanına göndərmənizi xahiş edirik.