Qısa məzmun
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC “Zaqatala” filialı üçün Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara uyğun işlərin icrası;
- Rəsmi yazışmaları təmin etmək.
Tələb olunan keyfiyyətlər:
- Hüquq sahəsində ali təhsilinin olması;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompyuter bilikləri;
- Bank sektorunda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük verilir.
İş şəraiti:
- İş qrafiki: sərbəst qrafik;
- Əlavə iş yeri kimi çalışmaq istəyən namizədlər üçün də uyğundur.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində Hüquqşünas (Zaqatala) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.