Korporativ aktların hüquqi təminatı şöbəsinin kiçik hüquqşünası
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bank of Baku Korporativ aktların hüquqi təminatı şöbəsinin kiçik hüquqşünası vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • İdarə etmə orqanlarının (Audit komitəsi istisna olmaqla) və bankdaxili komitələrin (Sahə kredit komitəsi , MXD və filiallardakı kredit komitələri istisna olmaqla) iclas protokollarının, habelə Müşahidə Şurası və İdarə Heyəti sədrlərinin tətbiqi aktlarının (qərar/əmrlər) hazırlanması (insan resurslarının idarə edilməsi və sahəvi tətbiqi aktlar (əmrlər) istisna olmaqla), rəsmiləşdirilməsi və qəbul edilmiş qərarların aidiyyəti olan struktur bölmələrə ((o cümlədən vahidlərə) və şəxslərə çatdırılması.
  • Bankdaxili strategiya, siyasət, məcəllə, təlimat və qaydaların, habelə İdarəetmə orqanlarının və bankdaxili komitələrin (MXD və filiallardakı kredit komitələri istisna olmaqla) fəaliyyətini tənzimləyən əsasnamələrin hazırlanması prosesinə dəstək verilməsi;
  • Bankdaxili struktur bölmələrinin əsasnamələrinin hazırlanması istiqamətində zəruri hüquqi rəy və məsləhətlərin verilməsi
  • Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə standart və qeyri standart tipli sənədlərin hazırlanması, aidiyyəti hüquqi sorğuların araşdırılması, cavablandırılması və s.

Seçim meyarları:

  • Ali hüquqi təhsil
  • Sahə iş təcrübəsi tələb edilmir
  • Azərbaycan dili – əla
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti
  • Öyrənməyə həvəs
  • MS Office proqramları ilə işləmə bacarığı

Yuxarıdakı tələblərə uyğun namizədlər CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər. Məktubun subject qrafasında Korporativ aktların hüquqi təminatı şöbəsinin kiçik hüquqşünası sözünü qeyd etməyi unutmayın!

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...