Qısa məzmun
AVT Logistics Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis(HVAC) vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2022-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis(HVAC)
İş yeri: Bakı şəhəri, Məhəmmədi qəs.
İş təcrübəsi: 3-5 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
Vəzifə öhdəlikləri:
- İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin texniki hesablamalarının yoxlanılması;
- Şirkət daxilində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı müntəzəm olaraq yoxlamaların həyata keçirilməsi;
- Yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi;
- Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin düzgün yoxlanılmas
- Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;
- Layihələrin yerinə yetirilməsi zamanı, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə nəzarət
- Sifarişçilərin tələb və istəklərinə uyğun optilmal və iqtisadi səmərəli variantlar seçməklə layihələrinin hazırlanması
- Bölmənin texniki nəzarətində olan bütün avadanlıqların texniki qulluq və periodik baxımlarının izlənməsi və təşkili.Ciler(Chiller),
- Kondisionerlərin təmiri, quraşdırılması və texniki baxımı
- Müvafiq hesabatların hazırlanması.
Tələblər:
- Havalandırma, isitmə və soyutma sistemləri, kondisionerlər haqqında yaxşı səviyyədə biliklərə sahib olmalı;
- Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
- Kompüter bilikləri (MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
- Komandada işləmə bacarığına malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis” yazmaqla CV göndərərək müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...