Qısa məzmun
Systemair AZ HVAC sistemləri üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Təsdiqlənmiş planlar əsasında işin təşkilini təmin etmək;
- Mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlıolaraq yoxlamaların həyata keçirilməsi, avadanlıqlarda texniki xidmətin aparılması, yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi;
- Avadanlıqların (yük hesabatlarının) soyutma-isitmə güclərinin, hava miqdarının və digər texniki parametrlərinin düzgün yoxlanılması;
- Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;
- Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsini təmin etmək;
- Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
- Təmir işlərinin sənədləşdirilməsini təmin etmək;
- Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq büdcə planın hazırlanmasında iştirak etmək;
- Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
- Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.
Namizədə tələblər:
- Havalandırma, isitmə və soyutma sistemləri mühəndisliyi üzrə bakalavr/magistr təhsili;
- Təmir mühəndisi kimi sübut edilmiş iş təcrübəsi;
- İstimə, soyutma və havalandırma sistemləri üzrə qabaqcıl biliklər;
- Sistem sxemlərini oxuma bacarığı;
- Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
- Təhlükəsizlik və avadanlıq təmiri prosedurlarını anlama;
- Yaxşı ünsiyyət və təlim bacarıqları;
- İngilis dili biliyi;
- MS Office proqramlarından istifadə bacarığı;
- Hesabat hazırlama və analiz etmə bacarığı;
- Elektrik motorları ilə işləmə bacarığı;
- Elektrik panelləri ilə işləmə bacarığı;
- Hava tənzimləyici qurğularla işləmə bacarığı;
- Soyutma sistemləri ilə işləmə bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını “ HVAC sistemləri üzrə mühəndis” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...