Qısa məzmun
Cronos MTK İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılma (HVAC) üzrə sahə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Sifarişçilərin tələb və istəklərinə uyğun optilmal və iqtisadi səmərəli variantlar seçməklə HVAC layihələrinin hazırlanması
- Avadanlıqların (yük hesabatlarının)soyutma – isitmə güclərinin, hava miqdarının və digər texniki parametrlərinin hesablanaraq seçilməsi
- Sahə mühəndisliyi:
- layihənin icrası, sahə araşdırmaları, ticarətin əlaqələndirilməsi, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak etmək
- İstilik, ventilyasiya və ya kondisioner sistemlərinin quraşdırılmasından əvvəl ərazilərin tədqiqi
- Boru kəmərlərinin, kanalların və idarəetmə panellərinin yerləşdirilməsinin planlaşdırılması
- HVAC komponentlərinin quraşdırılması
- Sistemlərin səmərəli və təhlükəsiz işləməsini təmin etmək üçün keyfiyyət yoxlamalarının aparılması
- HVAC sistemlərində texniki yoxlamaların aparılması
- Enerji istehlakını azaltmağa kömək etmək
- Son modelləşdirmə proqramlarından istifadə edərək, HVAC sistemlərinin kompyuterdə 2D və 3D modelləşdirilməsi
- Layihələrin qiymətləndirilməsi, təkliflərin yazılması və müştərilərlə qarşılıqlı əlaqələrin yaradılmasında iştirak etmək
- Layihə üzrə hesabatların aparılması
- Obyektlərə nəzarət və obyektlərdə görülən işlərin gündəlik hesabatları
- Layihənin yenilənməsi və tamamlanması haqqında müzakirələrində layihə meneceri və QC nəzarətçisi tərəfindən keçirilən həftəlik və aylıq görüşlərdə iştirak etmək.
- Hava və hidronik uyğunluq sınaq, balanslaşdırma və tənzimləmə mərhələlərində audit komandasına kömək etmək.
Namizədə bağlı tələblər:
- Mühəndis ixtisası üzrə ali təhsil (kondisionerləşdirmə, havalandırma, isitmə və kommunikasiya sistemləri üzrə ali təhsil arzu olunandır)
- Tikinti sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə
- Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq (SNIP,NFPA,ASHEA)
- Excel, Word, PowerPoint və AutoCad bilikləri
Əlavə məlumat:
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş qrafiki: 6 günlük.
- Şirkət tərəfindən servis təşkili
- İş yeri: Nardaran qəsəbəsi, “Seabreeze”
Qeyd: Xahiş olunur CV-nizi “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılma (HVAC) üzrə sahə mühəndisi” mövzusu ilə elektron ünvanına göndərəsiniz. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...