Qısa məzmun
166 Yükdaşıma və Logistika İcra orqanları ilə iş şöbəsinin hüquqşünası vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Müxtəlif icra orqanlarında olan şirkətə borclu fiziki və hüquqi şəxslərdən borcların tələb edilməsini həyata keçirmək (kollektor kimi);
- İcra orqanları ilə əlaqədar olaraq borclunun iş yerinin müəyyən edilməsini təmin etmək (kollektor kimi);
- Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə icra məmurları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanlarına sorğuların verilməsini təmin etmək;
- Müvafiq və fiziki şəxslərin əmlak və hesablarının üzərinə müvafiq məhdudiyyətlərin qoyulmasını təmin etmək;
- Borcların daim təqib edilməsini həyata keçirmək;
- Tələbin borcluların əmlaklarına yönəldilməsində iştirak etmək;
- İcraçılarla görüşlərdə iştirak etmək.
Tələblər:
- Ali hüquqi təhsil;
- İcraçılarla iş üzrə 3 il təcrübə;
- Azərbaycan dili yazılı və şifahi ünsiyyət səlis bacarıqları, Rus dili (arzuolunandır) ;
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilmək;
- Ərizə, müraciət, məktub, şikayət və s. tipli sənədlərin tərtib edilməsini bacarmaq;
- Kompüter bilikləri: Word, Excel, Powerpoint işləmə bacarığı.
İş şəraiti:
- İş rejimi: 5 günlük saat 09:00 – 18:00;
- Əmək haqqı: 600 – 800 Azn + mükafat sistemi;
- Karyerada inkişaf imkanları
Müraciət etmək istəyən namizədlər CV formalarını mail ünvanına mövzu hissəsinə “İcra orqanları ilə iş şöbəsinin hüquqşünası” qeyd edərək göndərə bilərlər.