Qısa məzmun
Kontakt Home İcraçı (Qəbələ) vəzifəsi üzrə vakansiya elan edir. Hüquq, problemli kreditlər sahəsində iş təcrübəsi arzu olunandı.
Təsvir
- Borclulara qarşı məhkəmə iddialarının qaldırılmasında və qanunun tələblərinə əsasən borcların alınmasında birbaşa iştirak edilməsi;
- Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi;
- Məhkəmə qərarlarının vaxtında alınması və aidiyyatı üzrə təqdim edilməsi;
- Mübahisə tərəfləri ilə əlaqələrin yaradılması və danışıqların aparılması;
- Müvafiq məlumat bazasının yaradılması;
- Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması.
İş şəraiti:
- İş vaxtı: həftənin 6 günü, istirahət günü: bazar.
Tələblər
- Təhsil: Ali (hüquq təhsili olanlara üstünlük verillir);
- Hüquq, problemli kreditlər sahəsində və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
- Məsuliyyətlilik, aktivlik və çeviklik;
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı.