Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home İcraçı (Masallı, Qəbələ ) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir:
- Borclulara qarşı məhkəmə iddiası qaldırmaq və qanunun tələblərinə uyğun olaraq borcların alınmasında birbaşa iştirak etmək;
- Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək;
- Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək;
- Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq;
- Müvafiq məlumat bazası yaratmaq;
- Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması.
Tələblər:
- Təhsil: Ali (hüquq təhsili olanlara üstünlük verillir);
- Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
- Məsuliyyətli, aktiv və çevik olmalı;
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
Masallı üzrə – https://qlor.me/ku1anq2m
Qəbələ üzrə – https://qlor.me/kze7lc1j
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.