Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Hüquq işləri üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. Rus dilini orta səviyyədə bilməlidir.
“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: İcraçı (Bakı, Qəbələ, Masallı)
Tələblər:
- Təhsil: ali (hüquq təhsili olanlara üstünlük verillir)
- Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır
- Məsuliyyətli, aktiv və çevik olmalı
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı
Vəzifələr:
- Borclulara qarşı məhkəmə iddiası qaldırmaq və qanunun tələblərinə uyğun olaraq borcların alınmasında birbaşa iştirak etmək
- Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək
- Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək
- Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq
- Müvafiq məlumat bazası yaratmaq
- Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
- Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
- Bakı üçün – https://qlor.me/kpjt9xln
- Masallı üçün – https://qlor.me/kpjt7jup
- Qəbələ üçün – https://qlor.me/kpjt881n