Qısa məzmun
Enginet LLC İctimaiyyətlə əlaqələr üzrə menece vəzifəsi üzrə vakansiya elan edir. Şifahi və yazılı fikrini səlis ifadə etmə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Şirkət rəhbərliyi tərəfindən hazırlanmış və təsdiqlənmiş ictimaiyyətlə əlaqələrin inkişafı strategiyasının həyata keçirilməsi;
- KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
- PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsi, media hesabatların hazırlanması;
- Şirkətin rəsmi saytı üçün press-relizlərin və reklam mətnlərinin hazırlanması;
- Şirkətin fəaliyyəti barədə məlumat xarakterli materiallarının vaxtında yayılmasına nəzarət etmək.
- Şirkət brendinin nüfuzunun qorunmasında iştirak;
- Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin icrası;
- Korporativ tədbirlərin təşkilində iştirak;
- Şirkətdaxili kommunikasiya sisteminin qurulması və daxili portalın idarəsi;
- Vəzifə icrası ilə bağlı digər öhdəliklər;
Namizədə verilən tələblər:
- İctimaiyyətlə əlaqələr, marketinq sahəsi üzrə ali təhsilə üstünlük verilir;
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli;
- Şifahi və yazılı fikrini səlis ifadə etmə bacarığı;
- Müştəriyönümlülük, yaradıcılıq, analitik düşünmə, təqdimetmə bacarığı, təşkilatçılıq, təmsiletmə bacarığı;
- MS Office proqramlarını mükəmməl bilməli;
- Müqafiq sahədə azı 5 il iş təcrübəsi;
Güzəştlər: Telefon danışıq limiti, könüllü tibbi sığorta
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı barədə məlumat müsahibə zamanı təqdim olunacaq.
Müraciət qaydası: CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “İctimaiyyətlə əlaqələr üzrə menecer” yazmaqla göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Kontent yaradıcısı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontakt Home Kontent üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...