Qısa məzmun
Müasir tipli Peşə Təhsili Mərkəzi İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Mərkəzin ictimaiyyətlə əlaqələrinin təsdiq edilmiş İnformasiya Siyasətinə uyğun həyata keçirilməsini təmin etmək;
- KİV – lər, o cümlədən ictimaiyyətin digər nümayəndələri ilə əlaqələr qurmaq;
- İctimaiyyəti daim Mərkəzə dair informasiya ilə təmin etmək;
- Press – reliz, açıqlama və bəyanatları aidiyyatı struktur bölmələr tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlamaq;
- KİV – lərdə, sosial şəbəkələrdə Mərkəz haqqında yayılan məlumatların monitorinqini aparmaq və nəticələrinə dair aylıq və illik hesabatlar hazırlamaq;
- Mərkəzin veb saytının yaradılmasında, dizayn tərtibatında, saytda yerləşdiriləcək məlumatların dəqiqləşdirilməsində, lazımi informasiyanın təmin edilməsində iştirak etmək və saytın daim yenilənməsinə və işlək vəziyyətdə olmasına nəzarət etmək;
- Mərkəzin sosial şəbəkələrdəki səhifələrini idarə etmək, müxtəlif məlumat portallarında Mərkəz haqqında informasiya yerləşdirmək və nəzarətdə saxlamaq;
- Mərkəzə dair muxtəlif tədbirlər (konfrans, iclas, görüş, seminar, mətbuat konfransı və s.) təşkil etmək.
Bilməlidir:
- Azərbaycan Respublikasının Konstitusiyasını
- “Məlumat azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İctimai İştirakçılıq haqqında” Qanunlarını
- Daxili əmək intizamı qaydalarını;
- Veb saytın idarə olunmasının əsasları;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Marketinq, İctimaiyyətlə Əlaqələr, Jurnalistika sahələrində ali təhsilin olması;
- Müvafiq sahədə ən azı 3 il əmək stajının olması;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta yüksək səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 300 (Bir min üç yüz) manat
Maraqlı olanlar CV-ni “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
Kontent yaradıcısı
Kontakt Home Kontent yaradıcısı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kopirayter Olivia (Kosmetika və özünə baxım)
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kopirayter
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontent üzrə mütəxəssis
Kontakt Home Kontent üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...