Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili əlavə üstünlükdür.
Vəzifələr:
- Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması və tərcümə edilməsi (azərbaycan, rus dillərinə);
- PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
- KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
- Bazarda tanıtım məqsədi ilə şəbəkə məhsullarının və yerinə yetirilən xidmətlərin reklamı üçün ideyalar təklif etmək;
- Şirkət brendinin və təqdim etdiyi məhsulların tanıdılması ilə bağlı müxtəlif PR aksiya və kampaniyaların təşkilində iştirak;
- Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak;
- Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;
- Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin icrası;
- Korporativ tədbirlərin təşkilində iştirak.
Zəruri tələblər:
- İctimaiyyətlə Əlaqələr və ya jurnalistika sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- Kollektivdə çalışmaq qabiliyyəti.
Arzuolunan tələblər:
- • Müvafiq sahədə ali təhsil üstünlükdür;
• İngilis dili əlavə üstünlükdür;
• Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.
İş barədə məlumat
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Rəqabət qabiliyyətli əmək haqqı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kr5yfwoi
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...