Qısa məzmun
Avva İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin Satış və Marketinq strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin
planlaşdırılması və icrasını təmin etmək. - Mövcud qanunvericilik, siyasət, strategiyalar və rəhbərlərinin əmrləri istiqamətində satış proqramına uyğun
olaraq mağazalar şəbəkəsinin daxili və xarici marketinq işlərini həyata keçirmək. - Müştəri məmnuniyyətinin izlənməsi, müştərilərin istək və təkliflərinin təhlili ,lazım olduqda müştəri
şikayətlərində, onlar ilə görüşmək. Müştəri məmnuniyyəti ilə bağlı müxtəlif marketinq layihələrini həyata
keçirmək. - Bazar araşdırmaları, rəqiblərin məhsul və satış təhlili.
- Yeni satış vasitələrinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması (korporativ satış, SMM, Loyallıq
planı və s.). - Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması.
- Korporativ görüşlərin keçirilməsi.
- Reklam və marketinq məhsullarının hazırlanması.
- Media, reklam və marketinq agentlikləri ilə sıx əməkdaşlıq.
- Yeni çap məhsullarının hazırlanmasına nəzarət.
- Rəhbərlik etdiyi şöbədə iş bölgüsünü təmin etmək.
Namizədə tələblər:
- Marketinq sahəsində 4 il müvafiq vəzifə üzrə iş təcrübəsinə malik olmalıdır;
- İdarəetmə və qərarvermə qabiliyyətinə malik olmalıdır;
- Stressə davamlı olmalıdır;
- Keyfiyyətə və nəticəyə yönəlmə bacarığı;
- İnam yaratma bacarığı;
- Rus dilini bilməlidir, İngilis dili arzuolunandır
- Ofis proqramlararını bilməlidir (Word, Excell, Power Point) və dizayn proqramlarından məlumatlı olmalıdır.
İş rejimi və əmək haqqı:
- Həftədə 6 gün, iş qrafiki növbəlidir
- 700AZN və satışdan faiz
- AR Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə
- Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@avva.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İctimaiyyətlə əlaqələr və şöbəsinin müdiri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...