Qısa məzmun
Ə/h 500 AZN. Azərbaycan Skautlar Assosiasiyası İB İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsi üzə vakansiya elan edir.
İş barədə məlumat:
- Azərbaycan Skautlar Assosiasiyası PR menecer vakansiyası üzrə namizəd axtarır.
- Azərbaycan Skautlar Assosiasiyası 11 oktyabr 1997-ci il tarixində təsis olunub və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilib.
- Təşkilatın başlıca məqsədi ölkə gənclərinin düzgün tərbiyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına köməklik göstərmək, eyni zamanda yeniyetmə və gəncləri 6 istiqamətdə, fiziki, əqli, emosinal, sosial, mənəvi, xarakterik inkişafını dəstəkləməkdən ibarətdir.
- İş qrafiki: tam ştat
- İş müddəti: daimi
Namizədə tələblər:
- Bilik, bacarıq və xüsusiyyətlər:
- Namizədin yaşı: 24-30 yaş
- Gərgin iş şəraitində işləmə bacarığı
- Yaradıcı təfəkkür
- Dil bilikləri: Azərbaycan və ingilis dili
- Rus dilini bilənlərə üstünlük verilir
Mətbuatla əlaqələr:
- İctimaiyyətlə əlaqələr/mətbuat katibi üzrə təcrübə
- Mətbuatla əlaqələrin qurulması, inkişaf etdirilməsi və ona nəzarət
- Press reliz, müsahibə və açıqlamaların hazırlanması və işıqlandırılması
- Mətbuatın izlənməsi aidiyyatı xəbərlərin ötürülməsi
- Müəssisəhaqqında çıxan məlumatların monitorinqi və qimətləndirilməsi
Strateji fəaliyyət:
- PR strategiyası və büdcəsinin tərtib olunması, icrası və nəzarəti
- Kommunikativ məqsəd, hədəf və mesajların müəyyən olunması
- PR standartlarının tərtibi və ona nəzarət
- Müəssisənin strategiyasının müəyyən olunması və həyata keçirilməsində iştirak
Sosial şəbəkələr:
- Sosial şəbəkələrdəki hesabların idarə olunması, izlənməsi
- Sosial şəbəkələrə məlumatların yerləşdirilməsi, izləyicilərlə ünsiyyət qurulması, sualların cavablandırılması
- Sosial şəbəkələrdə yeni trendlərin araşdırılması və tətbiqi
- Müsabiqə və onlayn kampaniyaların təşkili
Web sayt:
- Admin panelinin idarə olunması
- Sayta məlumatların daxil edilməsi
- Sualların cavablandırılması
Dizayn və çap işləri:
- Dizayn və çap işlərində korporativ dizayn elementlərinin istifadəsinə nəzarət
- Dizayn və çap işlərinə dair təkliflər, ideyaların verilməsi
- Dizayn və çap işlərinin müəssisənin strategiyasına uyğunluğunun təmin edilməsi
- İllik hesabatların hazırlanması
Əlavə məlumat:
- Qrafik Dizayn proqramlarından birini bacarması önəmlidir.
Namizədliyi irəli sürmək üçün tələb olunan sənədlər: namizədin CV-si
Elektron ünvan: pr@scout.az (məktub elektron ünvana “PR” mövzusu altında göndərilməlidir)
Sənədlərin göndərilməsinin son tarixi: 30 fevral 2020-ci il
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...