İdarəetmə orqanlarına hüquqi dəstək şöbəsinin Baş mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kapital Bank İdarəetmə orqanlarına hüquqi dəstək şöbəsinin Baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Bankın idarəetmə orqanlarının, komitələrinin iclaslarını təşkil etmək, iclas protokollarını hazırlamaq,
  • Bankın idarəetmə orqanlarının, komitələrinin qərarlarının icra vəziyyətini izləmək və bu barədə hesabat vermək,
  • Bankın idarəetmə orqanlarının, komitələrinin səlahiyyətləri, funksiyalarını dəqiq bilmək, əsasnamə üzrə fəaliyyətini təmin etmək,
  • Bankın idarəetmə orqanlarının, komitələrinin fəaliyyətini, o cümlədən əsasnamələrini daim optimallaşdırmaq, bununla bağlı yerli və xarici mənbələri araşdırmaq;
  • İdarəetmə orqanlarına hüquqi dəstək şöbəsinin (bundan sonra “Şöbə”) işi ilə əlaqədar olan məktub və digər sənədləri hazırlamaq;
  • Müxtəlif bank məhsullarına və layihələrin tətbiqinə dəstək vermək;
  • Bankı korporativ idarəetməyə dair müvafiq dövlət orqanlarında, habelə müəssisə və təşkilatlarda təmsil etmək və Bankın mənafelərini müdafiə etmək;
  • Bankın təsis sənədlərinin qaydasında olmasını təmin etmək, qeydiyyat işlərini icra etmək;
  • İdarəetmə orqanlarının sorğularının cavablandırılmasında iştirak edilməsi;
  • Bankda korporativ idarəetmə standartlarının tətbiqini təmin etmək.

Tələblər:

  • Ali təhsil (hüquq təhsili olanlara üstünlük verilir);
  • Ən azı 3 il bank və ya sığorta sferasında təcrübə;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
  • Mülki məcəllədə hüquqi şəxslər fəslini (xüsusilə Səhmdar cəmiyyəti), korporativ idarəetmə standartlarını və Banklar haqqında Qanunu bilməlidir.
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
  • Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
  • Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
  • Gərgin iş qrafikində və stress altında çalışmaq qabiliyyəti;
  • Komanda tərkibində işləmək bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...