İdxal üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ASADZADESANAN MMC İdxal üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:

  • Marketinq, (Beynəlxalq) Biznes, Maliyyə və ya hər hansı digər əlaqəli sahədə təhsili olan şəxslərə üstünlük verilir;
  • İdxal sahəsində 5 il təcrübə;
  • Sifaris olunmuş məhsul barəsinde kifayet qədər məumatlı olmaq və müştərinin məlumatlandırılmasında səhvə yol verməmək ;
  • Yaxşı inkişaf etmiş ünsiyyət bacarıqları, müştəri yönümlülük , yarana biləcək gergin vəziyyətləri idare etmək bacarığı, stresə davamlı;
  • Azərbaycan, İngilis və Rus dillərin sərbəst yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
  • Kompüter bilikləri mütləqdir (MS Office);
  • Yaş həddi; 30-45

İş haqqında məlumat:

  • Avtomobil idxalinda bazar araşdırmalarının aparılması, bazar tendensiyalarının təhlili;
  • Avtomobil sferasında gündəlik yenilənən marka ve modelleri izləmək şirkətin sifariş üzərindən ölkəyə idxal edəceyi marka ve modellerin topluluğunu dərindən öyrənmək ;
  • Avtomobil təchizatçıları və daşıyıcıları ilə münasibətlərin qurulması, onlarla uyğun qiymətlər və şərtlər haqqında danışıqların aparılması və bu barədə rəhbər şəxslərə təkliflər toplusu hazırlamaq ;
  • İdxal olunacaq məhsulun ödənişi ödəndikdən etibarən məhsulun çatma müddətinə qədər bütün prossesə rəhbərlik etmək ve gedişatda tələb olunan sənədləsmələrin zamanında yerinə yetirilməsini idarə etmək;
  • Məhsulun ölkəyə daxil olduğu vaxt təhvil təslim zamanı məhsulun təhvil verilməsini aktlaşdırmaq;
  • Məhsul sifarişlərində deadline -lara diqqet yetirmək , müstərinin idxal prossesində mütəmadi melumatlandırılmasını yerine yetirmək, gecikmələr olduğu halda öncədən məlumatlandırmaq;
  • Satış və marketinq strategiyalarını yaxşı anlamaq ve idxal olunacaq məhsulun idxal prossesini öncədən satiş komandası ile birlikdə hazırlamaq;
  • Təkliflərin şirkətin idxal strategiyasına uyğun qiymətləndirilməsi;
  • İdxal sənədlərini mükəmməl şekildə bilməli;
  • Müqavilə və sənədləşdirmə işlərinin tam dövrəsinin icrası;
  • Sənədlərin vaxtında çatması prossesini izləmək və sənədlərin müştərilərə zamanında göndərilməsini tələb etmək ;
  • Sifarişlərlə bağlı problemlərin səmərəli şəkildə müştəriyə və idxalçı şirkətin xeyrinə və vaxtında həlli;
  • İdxal olunan maşınların təşviqi məqsədilə reklam şöbəsi ilə işləmək;
  • Bazar dəyişikliklərinin, rəqiblərin və malların qiymətlərinin monitorinqi;
  • Yeni marketinq və satış imkanlarının qiymətləndirilməsi, bu qiymətləndirmələrin müvafiq rəhbərliyə təqdim edilməsi;
  • Gündəlik, həftəlik, aylıq, illik hesabat və analitik materialların hazırlanması;
  • İdxal payının artırılması strategiyasının hazırlanması və tətbiqi.

 

İş şəraiti:

  • Korporativ nömrə;
  • Əmək haqqı-1500-2000

Vakansiyaya müraciət üçün CV-ləri “İdxal üzrə menecer” başlığı ilə hr@asadzadesanan.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...