Qısa məzmun
Umbrella Learning Academy İELTS və ya TOEFL müəllimi vəzifəsi üzrə vakansiya elan edir.
Minimum vakansiya tələbləri::
- Müvafiq sahədə ali təhsil
- 3 ildən az olmayaraq pedaqoji staj
- İngilis dilini C2 səviyyəsində bilmək
- Minimum 8 IELTS balı, minimum 105 TOEFL balı
- Beynəlxalq sertifikatlar – TKT / CELTA / DELTA (minimum TKT)
Tələb olunan bilik və bacarıqlar:
- Danışıqlar aparmaq, təşkilati və analitik bacarıqlar
- Microsoft Office proqramlarından istifadə etmə bacarığı
- Peşəkar yazılı və şifahi ünsiyyət bacarığı
- Öyrənmək və inkişaf etmək istəyi
- Komandada işləmək və liderlik bacarığı
- Gülərüz və pozitiv olmaq
Vəzifə öhdəlikləri:
- Tədris materiallarını, gündəlik dərsləri planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini və bütün tələbələrin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir;
- Tədrisi təhsil ehtiyacları, müasir texnologiya, metod və tələblərə uyğun şəkildə, tələbələrin fərdi və qrup bacarıq və nailiyyətlərini nəzərə almaqla təşkil edir;
- Hər bölmənin sonunda formativ qiymətləndirmə apararaq tələbələrin öyrənmə səviyyəsini müəyyənləşdirir;
- Yerli təhsil laboratoriyasında sınaq imtahanlarının təşkili və tələbələrin iştirakını təmin edir;
- Hər bir tələbənin ehtiyaclarını, davranışlarını və tələblərini ayrıca öyrənir, onların hər biri üçün fərdi yanaşma müəyyən edir və bu istiqamətdə fəaliyyətini qurur;
- Tələbələrin inkişafına mane olacaq əngəlləri araşdırır və onların aradan qaldırılması üçün tədbirlər görür;
- Tədris və ünsiyyətdə çətinliyi olan tələbələrə xüsusi yanaşma müəyyənləşdirir və ehtiyac yarandıqda valideynləri və ya onları əvəz edən şəxslərlə müzakirəsini təşkil edir;
- Öz fəaliyyəti ilə mərkəzin işlərinə daim töhfələr verir, nöqsanların ortaya çıxması və onların aradan qaldırılması, iş prosesinin təkmillişdirilməsi üçün maraq göstərir;
- Ehtiyac yarandıqda marketinq komandasına məhsul kommunikasiyası ilə bağlı yaradıcı fikirlər təqdim edir;
- Ehtiyac yarandıqda satış komandasının tələbinə əsasən məhsul təsvirini təqdim edir;
- Dərsdənkənar fəaliyyətləri və öhdəlikləri peşəkar və tələblərə uyğun şəkildə yerinə yetirir (imtahanlar, tədbirlər, və s.);
Əlavə məlumatlar:
- • İş yeri: Umbrella Learning Academy MMC
• Maraqlananlar info@umbrella.az elektron poçt ünvanına öz CV-sini mövzu qismində İELTS və ya TOEFL müəllimi vakansiyası qeyd edərək müraciət edə bilərlər. Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...